Bakıda iki avtomobil toqquşdu: 3 nəfər...
Bizi izləyin

Hadisə

Bakıda iki avtomobil toqquşdu: 3 nəfər...

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Xəzər rayonu, Buzovna-Maştağa yolunda qeydə alınıb.

Belə ki, “BMV” markalı avtomobillə “Vaz-2106” markalı avtomibilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. “Vaz-2106” markalı avtomibilin sürücüsü 31 yaşlı Rzayev Yusif Məhərrəm oğlu diz oynağının açıq-sınıq yarası, “BMV” markalı avtomobilin sərnişini 67 yaşlı Vəliməmmədova Firuzə Rzabala qızı qapalı kəllə-beyin travması və alının açıq yarası, adı hələ məlum olmayan digər bir yaralı isə ciddi bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm