Paytaxtda yolu keçmək istəyən 2 nəfəri avtomobil vurdu
Bizi izləyin

Hadisə

Paytaxtda yolu keçmək istəyən 2 nəfəri avtomobil vurdu

Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən növbəti yol qəzası baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, 10 VV 881 dövlət qeydiyyatı nişanlı “BMV” markalı avtomaşın “Qara Qarayev” metro stansiyasının yanında, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən iki nəfəri vurub.

Qəza zamanı 1992-ci təvəllüdlü Novruzov Ümidin sağ ayağı sınıb. Digər şəxsin isə sol ayağı azilib.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm