Bakıda qadın üçüncü mərtəbədən yerə yıxıldı - Vəziyyəti ağıdır
Bizi izləyin

Hadisə

Bakıda qadın üçüncü mərtəbədən yerə yıxıldı - Vəziyyəti ağıdır

Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Gəncə prospektində yaşayan 1974-cü təvəllüdlü Nüşabə Nurullayevə 9 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Hadisəyə ehtiyatsızlıq səbəb olub. Yerə düşən 45 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb.

Ona bədənin müxtəlif dərəcəli sınıqları və müştərək travmaları diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm