Kürdəmirdə özünü qüllədən atmaq istəyən şəxs xilas edildi
Bizi izləyin

Hadisə

Kürdəmirdə özünü qüllədən atmaq istəyən şəxs xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunda 1 nəfərin dəmir konstruksiyalardan ibarət qurğunun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm