Beyləqan və İmişlidə 2 nəfər öldü
Bizi izləyin

Hadisə

Beyləqan və İmişlidə 2 nəfər öldü

Oktyabrın 1-də saat 22 radələrində Beyləqan rayonunun Qaralar kəndi ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Dünən saat saat 17 radələrində isə İmişli rayonunun Bəcirəvan kəndi ərazisində rayon sakinləri İ.Cahangirovun idarə etdiyi “Belarus-82” markalı traktorla Samir Səmədovun idarə etdiyi “İJ-Planeta” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Səmədov orada ölüb.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm