Bakıda yol polisinin rüşvət alma videosu yayıldı - ARAŞDIRMA BAŞLADI
Bizi izləyin

Hadisə

Bakıda yol polisinin rüşvət alma videosu yayıldı - ARAŞDIRMA BAŞLADI

Bu gün sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşının sürücüdən rüşvət almasını əks etdirən görüntülər yayılıb.

Publika.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi DYP əməkdaşının sürücüdən rüşvət alması iddiası ilə yayılan görüntülər əsasında araşdırmalara başlayıb.

İdarənin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, hazırda həmin görüntü ilə bağlı müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm