Beyləqanda AĞIR QƏZA: 1 ölü, 3 yaralı
Bizi izləyin

Hadisə

Beyləqanda AĞIR QƏZA: 1 ölü, 3 yaralı

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yeni Mil qəsəbəsində qeydə alınıb.

Belə ki, Anar Məhərrəmovun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə "Mersedes" markalı avtomobil toqquşub. Nəticədə A.Məhərrəmovun 1 yaşlı övladı Aysun Tağıyeva hadisə yerində dünyasını dəyişib.

Həmin avtomobildə olan ailənin digər üzvləri - 1990- ci il təvəllüdlü Məhərrəmov Anar Nağı oğlu, 1992-ci il təvəllüdlü Məhərrəmov Ziyafət İlham qızı və 2013-cü il təvəllüdlü Məhərrəmova Xədicə Anar qızı xəsarət alıb. Yaralılar Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm