Gəncədə 2 avtomobil toqquşdu, azyaşlı xəsarət aldı
Bizi izləyin

Hadisə

Gəncədə 2 avtomobil toqquşdu, azyaşlı xəsarət aldı

Gəncə şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Şəhərin Qəmərli küçəsində "KİA" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə biri uşaq olmaqla 2 nəfər xəsarət alıb.

Xəsarət alan 3 yaşlı uşağa hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib. Digər şəxs isə yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm