Fatmayı kəndində təhlükəli əşya tapıldı
Bizi izləyin

Hadisə

Fatmayı kəndində təhlükəli əşya tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Fatmayı kəndində sursat aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararsız olan 3 ədəd top mərmisidir.

Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm