BNA: Çermet körpüsündə qəza tıxaca səbəb oldu
Bizi izləyin

Hadisə

BNA: Çermet körpüsündə qəza tıxaca səbəb oldu

Bir qədər əvvəl Ziya Bünyadov prospekti (Çermet körpüsünün üzərində) metronun “Koroğlu” stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu səbəbdən də qeyd edilən yolda sıxlıq yaranıb. Sıxlıqla əlaqədar Ziya Bünyadov prospektindən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr yaranıb. Yolda hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm