Biləsuvarda yol qəzası oldu, ölən var
Bizi izləyin

Hadisə

Biləsuvarda yol qəzası oldu, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 85-ci kilometrliyində, Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu Ceyranbatan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Mirzə Əlövsət oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil arxadan "KaMAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə M.Mirzəyev ağır xəsarət alıb. "Ford Tranzit"in sürücüsü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm