16 ildir itkin düşən bacısını axtarır - FOTO
Bizi izləyin

Hadisə

16 ildir itkin düşən bacısını axtarır - FOTO

Şirvan şəhər sakini illərdir yoxa çıxmasına baxmayaraq hələ də tapılmayıb.

Bu barədə Trend-ə itkin düşən şəxsin yaxını Nuşabə Vahidova bildirib. Onun sözlərinə görə, bacısı 1982-ci il təvəllüdlü Vahidova Kəminə Əlisima qızı 16 il əvvəl itkin düşüb:

"Hazırda özüm Türkiyədə yaşayıram, bacım 2003-cü ildə itkin düşüb. O, noyabr ayının 23-cü Şirvan şəhəri Sahib Zeynalov küçəsində olan evimizdən çıxıb, bir saata qayıdacağını desə də, geri dönməyib. Həmin illərdə o, kollecdə sonuncu kursunda oxuyurdu".

N.Vahidova qeyd edib ki, K.Vahidova hələ də anası tərəfindən axtarılır və hüquq-mühafizə orqanlarına da müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm