Tərtərdə minaatan mərmisi tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Tərtərdə minaatan mərmisi tapıldı - FOTO

Tərtər rayonunda minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Publika.az-a verilən məlumata görə, oktyabrın 7-si saat 16:33-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, yeni salınmış qəsəbənin ərazisindən keçən su arxının kənarından 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Şıxarx qəsəbəsi ərazsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsində su arxının kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 60 mm-lik minaatan mərmisi (M-49) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm