KİA ilə 28 yaşlı oğlanı vurub öldürən sürücüdən MÜRACİƏT
Bizi izləyin

Hadisə

KİA ilə 28 yaşlı oğlanı vurub öldürən sürücüdən MÜRACİƏT

Bu ilin yanvar ayında Kürdəmir şəhərində idarə etdiyi avtomobillə piyadanı vurub öldürdüyünə görə məhkum edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilən və apelyasiya şikayəti təmin edilməyən Həsənli Ruzigar Atamoğlan oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Kürdəmirin rayon mərkəzində qeydə alınıb. 28 yaşlı rayon sakini Valeh Zərbalıyev yolu keçmək istəyərkən minik avtomobil tərəfindən vurulub. Sürücü zərərçəkəni Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı KİA Optima markalı minik avtomabilinin sükanı arxasında, Kürdəmir rayon sakini 27 yaşlı Həsənli Ruzigar Atamoğlan oğlunun olduğu aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm