Cəlilabadda əl qumbarası aşkarlandı
Bizi izləyin

Hadisə

Cəlilabadda əl qumbarası aşkarlandı

Oktyabrın 10-da saat 09:54-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Cəlilabad rayonunun Sərhədabad kəndində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Ərazidə əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın tapıldığı yerin ətrafında iki min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm