Özünü pis hiss edən sürücü qəza törətdi, tıxac yarandı - FOTO
Bizi izləyin

Hadisə

Özünü pis hiss edən sürücü qəza törətdi, tıxac yarandı - FOTO

Bakıda səhər saatlarında yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan "Hyundai ix 35" markalı avtomobil idarəetməni itirərək qarşısında, eyni istiqamətdə hərəkətdə olan "Mercedes 190" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində prospektdə tıxac yaranıb.

Məlumata görə, "Hyundai ix 35" markalı avtomobilin sürücüsü özünü sükan arxasında pis hiss etdiyindən idarəetməni itirib və qarşıdakı avtomobilə çırpılıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Hazırda ərazidə tıxacın aradan qaldırılması istiqamətində işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm