Nazirlik bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO
Bizi izləyin

Hadisə

Nazirlik bu şəxslə bağlı əhaliyə MÜRACİƏT ETDİ - FOTO

Göygöldə avtomobilin vurub öldürdüyü piyadanın kimliyi dəqiqləşdirilir.

Publika.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm