Penitensiar Xidmət və polisdən uğurlu əməliyyat - FOTO
Bizi izləyin

Hadisə

Penitensiar Xidmət və polisdən uğurlu əməliyyat - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı müxtəlif cinayətlərin açılması istiqamətində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam etdirir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, qurumun, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.2.4-ci və 180.2.1-ci maddələri ilə təqsirli bilinərək altı il altı ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qurbanov Pünhan Bəkir oğlu həbs edilməmişdən əvvəl Suraxanı rayonunda “Mədənlər” adlanan ərazidə torpağa basdıraraq gizlətdiyi lüləyi və qundağı kəsilmiş iki ədəd ov tüfəngini könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm