• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

DİN 3 nəfərin öldüyü hadisələrlə bağlı məlumat yaydı

DİN 3 nəfərin öldüyü hadisələrlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi istirahət günlərində ölkə yollarında baş vermiş ağır qəzalarla bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölüb.

Bundan başqa oktyabrın 13-də saat 22 radələrində Tovuz şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Əliyev oktyabrın 14-də orada ölüb.

Daha bir ölümlə nəticələnən hadisə oktyabrın 12-də saat 20 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Ramin Hüseynov vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər bir faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR