Paytaxtda ikimərtəbəli ev yandı
Bizi izləyin

Hadisə

Paytaxtda ikimərtəbəli ev yandı

Bakının Nəsimi rayonunda ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, 6 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm