Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü
Bizi izləyin

Hadisə

Bakıda tikintidə FACİƏ: başına boru düşən fəhlə öldü

Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.

Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm