Bakıda marşrut avtobusu ağır qəza törətdi - QADIN ÖLDÜ
Bizi izləyin

Hadisə

Bakıda marşrut avtobusu ağır qəza törətdi - QADIN ÖLDÜ

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub.

Hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub.

Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb.

Məkəzdən verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm