DİN Bakıda 2 qadının öldüyü hadisələrlə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Bakıda 2 qadının öldüyü hadisələrlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 21-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bundan başqa oktyabrın 21-də saat 18 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində Bakı şəhər sakini S.Mirzəyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Aygün Babayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı aidiyyatı üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm