Sabirabadda maşınla qadını vurub öldürən sürücü tutuldu
Bizi izləyin

Hadisə

Sabirabadda maşınla qadını vurub öldürən sürücü tutuldu

Sabirabad rayonu ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası törədən sürücü tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm