Göygöldə top mərmisi tapıldı - FOTO
Bizi izləyin

Hadisə

Göygöldə top mərmisi tapıldı - FOTO

Göygöl rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, oktyabrın 22-si saat 15:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Göygöl rayonu, Xasabağı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm