Bakıda 30 yaşlı kişi qətlə yetirildi
Bizi izləyin

Hadisə

Bakıda 30 yaşlı kişi qətlə yetirildi

Bakıda zirzəmidə qətl hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 185 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının avtomobil qarajı üçün nəzərdə tutulan zirzəmisinin pilləkənində 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu ürəyindən bıçaqlanıb.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda qətlin kim tərəfindən və hansı şəraitdə öldürülməsi ilə bağlı araşdırma aparılır (Trend).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm