Azərbaycanda təbii və texnogen hadisələrin sayı artdı
Bizi izləyin

Hadisə

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artdı

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin doqquz ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hesabat dövründə respublika ərazisində təbii və texnogen mənşəli 14 min 192 hadisə baş verib. Bu da 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.

Həmin hadisələr nəticəsində 60 nəfər həlak olub, 243 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 52 nəfər xilas edilib, 1030 nəfər təxliyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm