Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı
Bizi izləyin

Hadisə

Bakıda 16 yaşlı yeniyetmə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsi "Sülh" küçəsində 16 yaşlı Əliyev Əlirza Seymur oğlu tanıdığı şəxslərlə dava edib. O, dava zamanı bıçaq xəsarəti alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm