FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi bu gün Bakı şəhərində baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alması barədə məlumat daxil olub.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm