Hüquq müdafiəçisini maşın belə vurdu - VİDEO
Bizi izləyin

Hadisə

Hüquq müdafiəçisini maşın belə vurdu - VİDEO

Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bildirilir ki, bu gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb, hətta beyninə qan sızdığı iddia edilir.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Onun reanimasiyada olduğu bildirilir.

Qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyunday” markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Unikal.org qəza anının videosunu yayıb:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm