Bərdədə AĞIR QƏZA: 6 nəfər... - FOTO
Bizi izləyin

Hadisə

Bərdədə AĞIR QƏZA: 6 nəfər... - FOTO

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar - 1991-ci il təvəllüdlü Hüseynov Əli Allahverdi oğlu, 1988-ci il təvəllüdlü Aslanova Səbinə Zakir qızı, 2011-ci il təvəllüdlü Aslanov Röyal Emin oğlu, 2010-cu il təvəllüdlü Aslanov Elxan Emin oğlu, 2005-ci il təvəllüdlü Bayramov Vahid Daşqın oğlu və 1992-ci il təvəllüdlü Abışov Ağamurad Əsəd oğludur.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılblar. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm