Siyəzəndə yük avtomobili aşdı, yaralılar var
Bizi izləyin

Hadisə

Siyəzəndə yük avtomobili aşdı, yaralılar var

Siyəzən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasıbaş verib.

Paytaxt istiqamətində hərəkətdə olan "Mitsubishi" markalı yük maşını Bakı-Quba yolunun 103-cü kilometrliyində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov, Qəbələ rayon, Vəndam kənd sakini, 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev müxtəlif xəsarətlər alıblar.

Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası göndərilib, yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm