YAP-çı millət vəkili Oqtay Gülalıyevə BAŞ ÇƏKDİ: Dərin komadadır
Bizi izləyin

Hadisə

YAP-çı millət vəkili Oqtay Gülalıyevə BAŞ ÇƏKDİ: Dərin komadadır

Milli Məclisin deputatı Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib.

Publika.az xəbər verir ki, bu barədə A.Mirzəzadə özü bildirib.

"İndicə Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət etdim. İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazımi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostlarına onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin", - A.Mirzəzadə əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm