DİN toydan qayıdarkən ölən şəxslərlə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN toydan qayıdarkən ölən şəxslərlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Qobustanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 3-də saat 2 radələrində Qobustan şəhəri ərazisində Balakən rayon sakini Nurəddin Hetayev idarə etdiyi “Mercedes-Vita” markalı avtomobili yol ayırıcısına vuraraq aşırın. Nəticədə sürücü və sərnişinlərindən Paşa Papaxov hadisə yerində ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki qəzaya düşən şəxslər Bakıda keçirilən toy mərasimində iştirak edib geri qayıdırmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm