Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə yeni xəbər – BİRİ TANINMIŞ MƏŞQÇİDİR - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda 4 nəfərin öldüyü hadisə barədə yeni xəbər – BİRİ TANINMIŞ MƏŞQÇİDİR - FOTO

Noyabrın 1-də saat 21 radələrində Bakı-Quba yolunun Siyəzəndən keçən hissəsində baş verən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, idarəetmədən çıxaraq qəzaya uğrayan və arxadan gələn “Mercedes”ə çırpılaraq aşan "Lada"nı sürən 40 yaşlı İsmayılov Hüseyn Səfərəli oğlu Xaçmaz rayonunda tanınmış idman məşqçilərindən olub. Burada idman müəllimi kişi çalışan H.İsmayılov həm də wkf məşqçi heyətinin üzvü olub.

Qeyd edək ki, dəhşətli qəzada H.İsmayılovla yanaşı, sərnişinləri, 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu, 1987-ci il təvəllüdlü Bahar Zakir qızı Nəzərova və 1984-cü il təvəllüdlü Günay Vəliyeva həlak olub. Daha 2 nəfər isə xəsarət alıb.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm