Bakıda ağır qəza - XƏSARƏT ALAN VAR
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - XƏSARƏT ALAN VAR

Bakıda minik avtomobili ilə motosiklet toqquşub.

Qəza Xətai rayonu Afiyyəddin Cəlilov küçəsində qeydə alınıb. 10-NP-908 dövlət nişanlı "Mercedes"in motosikletlə toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı 1990-cı il təvəllüdlü Feyzullayev Hüseyn Məhərrəm oğlu təcili tibbi yardım ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol dirsəyin və sağ budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstə həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm