Oqtay Gülalıyev Türkiyəyə aparılır - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Oqtay Gülalıyev Türkiyəyə aparılır - FOTO - (YENİLƏNDİ)

Oqtay Güləliyev hazırda AZAL-ın çarter reysi ilə aparılacağı təyyarəyə qaldırılıb, onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb.

Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsi İstanbulda davam etdiriləcək.

Hazırda Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına aparılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm