Salyanda AĞIR QƏZA: ölən və yaralanan var
Bizi izləyin

Hadisə

Salyanda AĞIR QƏZA: ölən və yaralanan var

Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm