Bulvarda dənizə düşən şəxs xilas edildi
Bizi izləyin

Hadisə

Bulvarda dənizə düşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm