Polisdən XÜSUSİ ƏMƏLİYYAT: Sabir Rüstəmxanlının qardaşı HƏBS OLUNDU - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Polisdən XÜSUSİ ƏMƏLİYYAT: Sabir Rüstəmxanlının qardaşı HƏBS OLUNDU - (YENİLƏNDİ)

Almaniyada yaşayan Həbib Müntəzir sosial şəbəkədə saxlanılanların siyahısını yerləşdirib:

1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.

H.Müntəzir qeyd edib ki, bu şəxslər siyasi mühacir alverində, saxta sənədlər təşkil etməkdə ittiham olunaraq saxlanılıblar.

***

Sosial şəbəkələrdə yayılan məlumata görə, saxlanılan azərbaycanlılardan biri “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, digəri isə Müsavat partiyasının üzvü Mehdi Xəlilbəylidir. Hər iki şəxs Almaniyada yaşayır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

***

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb.

Publika.az xəbər verir ki, Federal kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm