Daha bir azərbaycanlı mühacir Fransada saxlanıldı - FOTO
Bizi izləyin

Hadisə

Daha bir azərbaycanlı mühacir Fransada saxlanıldı - FOTO

Azərbaycanlı mühacir Rəfael Priyev Fransada saxlanılıb.

Bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm