Bakıda 3 nəfər maşının altında qaldı – İKİSİ ÖLDÜ – RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Bakıda 3 nəfər maşının altında qaldı – İKİSİ ÖLDÜ – RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakıda baş verən və ölümlə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 14-də saat 6 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini K.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cavad İbadovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Oxşar hadisə noyabrın 14-də saat 9 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində də qeydə alınıb. Bakı şəhər sakini O.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakinləri S.Qaybalıyevi və Xəyyam Hümbətovu vurub. Nəticədə hər 2 piyada xəstəxanaya yerləşdirilib, X.Hümbətov orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm