• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Qaxda ağır qəza - Xəsarət alan var

Qaxda ağır qəza - Xəsarət alan var

Qax rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə bugün axşam saatlarında Qorağan-Qax avtomobil yolunun, Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2109" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2109"un sürücüsü, Qax rayonunun Almalı kənd sakini, 1969-cu il təvəllüdlü Qiyas Cuma oğlu Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR