Qubada ağır qəza - Yaralananlar var
Bizi izləyin

Hadisə

Qubada ağır qəza - Yaralananlar var

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un verdiyi məlumata görə, qəza rayonun Quba-Qonaqkənd avtomobil yolunun Qam-qam kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “UAZ” markalı yük avtomobili ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəzada iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm