Nazirlik qadınların öldüyü hadisə ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

Nazirlik qadınların öldüyü hadisə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakı-quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, noyabrın 17-də saat 20 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində kənd sakini R.Rəhimovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub. Nəticədə H.Salamov və sərnişinləri - Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdiriliblər. G.Salamova və O.Əliyeva orada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm