Qəza yerindən qaçan sürücü ilə bağlı cinayət işi başladı
Bizi izləyin

Hadisə

Qəza yerindən qaçan sürücü ilə bağlı cinayət işi başladı

Bakıda avtomobilini qəza yerində qoyub qaçan sürücü ilə bağlı cinayət işi başlayıb.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

"Faktla bağlı toplanmış materiallar əsasında Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri əsasında cinayət işi başlayıb. Cinayət işi üzrə araşdırmanın gedişi Bakı Şəhər Baş Polis İdarəsinin nəzarətindədir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, noyabrın 10-da Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 10 AR 171 dövlət qeydiyyatı nişanlı, "Audi" markalı avtomobilin sürücüsü 10 VH 045 dövlət qeydiyyatı nişanlı, KİA markalı avtomobili arxa sol tərəfdən vurub. Hadisə nəticəsində KİA markalı avtomobili idarə edən Məmmədov Pərvin Firdovsi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun iki diz qapağı, boyun və qulağında çoxsaylı xəsarətlər var. "VİP lizinq" şirkətinə məxsus olan "Audi" markalı avtomobili yol vərəqəsi ilə idarə edən 1996-cı il təvəllüdlü Quliyev Akif Rafiq oğlu isə həm yaralı vəziyyətdə olan digər sürücünü, həm də öz avtomobilini hadisə yerində qoyaraq qaçıb. Avtomobil isə hazırda cərimə meydançasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm