Nərimanovda iki maşın toqquşdu - Xəsarət alan var
Bizi izləyin

Hadisə

Nərimanovda iki maşın toqquşdu - Xəsarət alan var

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonu, Həsən Əliyevlə Koroğlu Rəhimov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 90 FA 500 dövlət nömrə nişanlı "BMW X6" markalı avtomobillə 90 FX 479 dövlət nömrə nişanlı "Renault" markalı maşın toqquşub.

Hadisə nəticəsində "Renault" markalı avtomobilin sürücüsü xəsarət alıb.

Qəza yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Fatkla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm