Bakıda 60 illik yubileyinə hazırlaşan professor qəfil vəfat etdi - FOTO
Bizi izləyin

Hadisə

Bakıda 60 illik yubileyinə hazırlaşan professor qəfil vəfat etdi - FOTO

Coğrafiya İnstitutu Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev vəfat eeib.

Publika.az xəbər verir ki, tanınmış alim qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Zabit Sabir oğlu Allahverdiyev 1959-cu il, dekabrın 1-də Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib, 1987-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun «Riyazi modelləşdirmə» laboratoriyasında mühəndis aparıcı-konstruktor vəzifəsində, 1995-2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrində çalışıb.

1999-2003-cü illərdə «Okeanologiya» ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2004-cü ildə «Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsullarla tədqiqi» mövzusu üzrə dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi, 2017-ci ildə isə dosent elmi adını almışdır. 5 elmi mövzunun, 40-dan artıq elmi məqalənin və dörd kitabın müəllifidir.

2002-2014-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda «Xəzər dənizinin hidrometeoroloji problemləri» laboratoriyasının müdiri vəzifəsində işləyib.

2014-cü ildən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aparıcı elmi işçi, 2016-cı ildən “Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin müdiri vəzifəsində çalışıb.

Dekabrın 1-də onun 60 illik yubileyini qeyd edəcəkdi.

Allah rəhmət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm