Bakıda DƏHŞƏTLİ HADİSƏ: 72 yaşlı qadının parçalanmış meyiti tapıldı
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ HADİSƏ: 72 yaşlı qadının parçalanmış meyiti tapıldı

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

Publika.az trend-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və aldığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb.

Nəticədə, heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm