Azərbaycanda daha bir ağır yol qəzası - ÖLƏNLƏR VAR
Bizi izləyin

Hadisə

Azərbaycanda daha bir ağır yol qəzası - ÖLƏNLƏR VAR

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi VAZ-2101 markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm